Rusiyada şəhər meri soyğunçuluq etdiyinə görə həbs edilib

Rusiyada şəhər meri soyğunçuluq etdiyinə görə həbs edilib
# 30 sentyabr 2016 05:31 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Sankt Peterburq şəhəri yaxınlığında yerləşən Kolpino şəhərinin icra başçısı Vadim İvanov 2003-cü ildə törətdiyi soyğunçuluğa görə bir ay müddətinə həbs olunub.

APA-nın “FlashNord”a istinadən verdiyi xəbərə görə, bu barədə Sankt Peterburqun Oktyabr Rayon Məhkəməsindən bildirilib.

İstintaq materiallarına əsasən, Vadim İvanov 2003-cü ilin oktyabrın 4-də yaşayış binalarından birinin girişində qadına tapança ilə hədə-qorxu gələrək xəsarətlər yetirib, 1,4 mln. rubl məbləğində (50 min dollar) pulunu əlindən alaraq, hadisə yerini tərk edib.

Bundan əvvəl Vadim İvanov həmin cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR