Azərbaycan prezidenti Kürdəmirdə məktəb binasının açılışında iştirak edib

Azərbaycan prezidenti Kürdəmirdə məktəb binasının açılışında iştirak edib
# 17 sentyabr 2015 15:33 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Kürdəmirə səfəri çərçivəsində Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı məktəb binasının rəmzi açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

Təhsil naziri Mikayıl Cabbarov məlumat verib ki, 624 şagird yerlik bu məktəb nazirliyin sifarişi əsasında inşa olunub. Üç mərtəbədən ibarət bina 53 otaqdan, o cümlədən 26 sinif otağından, linqafon, hərbi, kompyuter otaqlarından, hər biri 2 ədəd olmaqla kimya, fizika, biologiya fənn kabinetlərindən, idman zalından və 156 yerlik yeməkxanadan ibarətdir.

Dövlət başçısı təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR