Bakıda qardaş və bacıya silahlı hücum olub

Bakıda qardaş və bacıya silahlı hücum olub
# 02 iyun 2016 09:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda silahlı hücum olub.

APA-nın məlumatına görə, hadisə Azadlıq prospekti 28 ünvanında qeydə alınıb. Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Mövsüm İlham oğlu Rəhimov özünə məxsus “Lada kalena” markalı, 10 UM 279 dövlət nömrə nişanlı maşında bacısı, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova ilə birlikdə olarkən “Lexus” markalı avtomobillə onlara yaxınlaşan naməlum şəxs tapança çıxararaq onları hədələyib və Vüsaləni özü ilə aparmaq istəyib. Səs-küy yarandığı üçün məqsədinə nail ola bilməyən həmin şəxs ərazini tərk edib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR