Ukrayna Təhlükəsizlik Xidmətinin azərbaycanlı diaspor rəhbərinə qarşı Türkiyəyə casusluq ittihamı sənədləri yayılıb

 Ukrayna Təhlükəsizlik Xidmətinin azərbaycanlı diaspor rəhbərinə qarşı Türkiyəyə casusluq ittihamı sənədləri yayılıb
# 11 aprel 2016 10:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Azərbaycanın Krımdakı diaspor rəhbərini Türkiyəyə casusluqda ittiham etməsi barədə məxfi sənədlər yayılıb.

APA-nın Krım mətbuatına istinadən verdiyi məlumata görə, sənədlərdə UTX-nın baş idarə rəisi, general-mayor V. Totskiyin imzası var.

Sənədlərə əsasən, Krım tatarlarının lideri Mustafa Cəmilin və Krım Azərbaycanlıları Cəmiyyətinin sədri Rəhim Hümbətovun Türkiyə casusu olmaları barədə siqnallar var. Sənədlərdə bildirilir ki, onların 2013-cü ildə Ali Radada 1915-ci ildə ermənilərin soyqırımı qanunu layihəsini blok etməsi və Krım tatarlarının 1944-cü ildə deportasiyasını tanımasını irəli sürməklərinə əsasən UTX hər iki şəxsin Türkiyə xüsusi xidmət orqanlarının agenti olduğuna dair araşdırmanın əsaslı olduğu qənaətindədir.

R. Hümbətov APA-ya bildirib ki, bundan xəbərdardır və bununla bağlı UTX-yə sorğu göndərsə də, ona bir cavab gəlməyib: “Amma yerli KİV bununla bağlı UTX-ya məxsus sənədlər yayır və guya mənim Ukraynaya qarşı xarici ölkə agenti olmam iddia olunur. Mənə Kiyevdən hələ heç bir müraciət gəlməyib”.

R. Hümbətov onun Ukraynaya buraxılıb buraxılmaması ilə bağlı suala isə belə cavab verib: “Mənim Krımdan o tərəfə keçmək planım hələ ki yoxdur. Ona görə də buraxılıb buraxılmamağımı bilmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR