Nuşirəvan Məhərrəmli: “Cəmiyyətdə radiolara qarşı çox böyük narazılıq var”

Nuşirəvan Məhərrəmli: “Cəmiyyətdə radiolara qarşı çox böyük narazılıq var”
# 15 aprel 2016 16:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Etiraf edim ki, cəmiyyətdə radiolara qarşı çox böyük narazılıq var”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, cəmiyyətdə xüsusən radio aparıcılarının danışıqları, aparıcıların Azərbaycan ədəbi dilinin qaydaları, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasına az bələd olmaqları ilə bağlı narazılıqlar var: “Eyni zamanda, canlı bağlantılar zamanı əhali ilə ünsiyyətdə böyük problemlər var. Gənc radio aparıcıların hərəkətləri özlərinə xoş getsə də, ola bilsin onlar mikrofonun məsuliyyətini başa düşmürlər. Aparıcılar sanki özlərini bir dost məclisində olduğu kimi aparırlar və bəzən də auditoriyanı nəzərə almadan, yerli-yersiz söhbətlər edirlər. Bu hal bizi bu narahat edir”.

MTRŞ sədri qeyd edib ki, radiolar musiqilərin verilməsində balansı gözləmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR