Türkiyə prezidentinin müxalifət liderləri ilə görüşü 3 saata yaxın davam edib

Türkiyə prezidentinin müxalifət liderləri ilə görüşü 3 saata yaxın davam edib
# 25 iyul 2016 16:41 (UTC +04:00)

Bakı – APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri Kamal Kılıçdaroğlu və Dövlət Bahçeli ilə görüşü başa çatıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, prezident sarayında keçirilən və baş nazir Binəli Yıldırımın da qatıldığı görüş 2 saat 40 dəqiqə davam edib. Müzakirə olunan məsələlər barədə açıqlama verilməyib.

Cümhuriyyət Xalq Partiyasındakı mənbələr isə görüşü siyasətin normallaşdırılması baxımından müsbət qiymətləndiriblər: “Budan sonrakı normallaşma addımlarını asanlaşdıracaq bir görüş oldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR