Şəhərlərarası marşurutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla sərnişin daşımalarına qoyulan qadağa ləğv edilib

Şəhərlərarası marşurutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla sərnişin daşımalarına qoyulan qadağa ləğv edilib
# 05 fevral 2016 01:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik sərnişin avtonəqliyyat vasitələrinə dair tləblərlə bağlıdır.

Qaydaya əsasən indiyə qədər uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməyib. Dəyişikliyə əsasən uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) marşurutlarla bağlı bu qadağa ləğv edilib. Başqa sözlə, artıq uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə icazə veriləcək. Uzunluğu 150 km-dən çox olan beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməməsi barədə qadağa isə yenə də qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR