Gəncədə 62 yaşlı kişini avtomobil vuraraq öldürüb

Gəncədə 62 yaşlı kişini avtomobil vuraraq öldürüb
# 20 yanvar 2016 07:09 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Şəhər sakini, 1954-cü il təvəllüdlü Akif Cəfərov yolu keçmək istəyərkən, şəhər sakini, 1992-ci il təvəllüdlü Kənan Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Qəza zamanı ağır bədən xəsarəti alan A. Cəfərov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Tibbi yardımlara baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR