Azərbaycan gömrükçüləri xeyli miqdarda araq müsadirə edib

Azərbaycan gömrükçüləri xeyli miqdarda araq müsadirə edib
# 30 noyabr 2015 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrükçüləri 100-dən çox araq müsadirə edib.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Göygöl rayon sakini Arzu Həsənovun idarə etdiyi “VAZ-21074” markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 104 ədəd 1 litrlik şüşə qablarda "Vodka Nemiroff" adlı araqlar aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR