Türkiyə prezidenti BMT TŞ-nın tərkibinin dəyişdirilməsinə çağırıb

Türkiyə prezidenti BMT TŞ-nın tərkibinin dəyişdirilməsinə çağırıb
# 22 oktyabr 2015 20:55 (UTC +04:00)

“BMT Təhlükəsizlik Şurasının tərkibində bircə də olsa müsəlman dövləti yoxdur. Dünya bütün qitələri təmsil etməyən beş daimi üzvdən daha genişdir. Bu ədalətlidirmi? Dünyanın 200-dək ölkəsi bu beş ölkədən birinin nazı ilə oynamalıdır? Hazırkı tərkib indiki günün reallıqlarına cavab vermir və o dəyişilməlidir”. APA-nın məlumatına görə, bunu Ərdoğan Hüquqi Araşdırmalar Assosiasiyasında çıxışı zamanı bildirib.

Türkiyə prezidenti BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin sayını rotasiya əsasında 10-dan 20-dək çoxaltmaq və onlara daimi üzvlərin səlahiyyətlərinin verilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR