Ağcabədi sakini yeznəsini bıçaqlayıb - YENİLƏNİB

Ağcabədi sakini yeznəsini bıçaqlayıb - <span style="color: red;">YENİLƏNİB
# 02 dekabr 2015 08:51 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı - APA. Ağcabədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, Quliyev Anotoli Malik oğlu iki bıçaq yarası ilə xəstəxanaya gətirilib. Onun ağ ciyərinin zədələndiyi bildirilir.

Kəhrizli kənd sakini, 1970-ci il təvəllüdlü A. Quliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağırdır.

Ağcabədi rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə A. Quliyevi həyat yoldaşının qardaşı, 1985-ci il təvəllüdlü Allahverdiyev Mais Hüseynxan oğlu bıçaqlayıb. Ailə münaqişəsi zəminində yeznəsini bıçaqlayan qayın hadisə yerindən qaçıb. Hazırda polis onu axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR