Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
# 23 noyabr 2015 11:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq hərəkəti törədən şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 22-də Binəqədi rayonu ərazisindəki kafelərdən birində naməlum şəxs Türkiyə vətəndaşı Nail Akdoğanı bıçaqla hədələyib 60 manat pulunu, mobil telefonunu, qızıl saatını və qızıl üzüyünü alıb.

Binəqədi rayon 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Rəhimov saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR