Putinin köməkçisi: "Azad Suriya ordusu"nu silahla təchiz etmirik”

Putinin köməkçisi: "Azad Suriya ordusu"nu silahla təchiz etmirik”
# 14 dekabr 2015 16:38 (UTC +04:00)

Bakı - APA. “Rusiya "Azad Suriya ordusu"nu silahla təchiz etmir”.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında "Azad Suriya ordusu"nun hökumət qüvvələri ilə birgə İŞİD-in mövqelərinə hücuma keçdiyini bəyan edib.

Öz növbəsində "Azad Suriya ordusu"nun nümayəndələri Rusiya tərəfindən hər hansı yardımın edilmədiyini açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR