İqtisadiyyat naziri müflis olma təhlükəsi ilə üzləşən iri market şəbəkələrinin nümayəndələri ilə görüşüb

İqtisadiyyat naziri müflis olma təhlükəsi ilə üzləşən iri market şəbəkələrinin nümayəndələri ilə görüşüb
# 19 aprel 2016 11:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat naziri Şahin Mustafayev ona müraciət edən bir qrup iri market şəbəkələri rəhbərlərinin nümayəndələrini qəbul edib.

İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev "APA-Economics"ə bildirib ki, görüşdə sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV-nin tətbiqinin aradan qaldırılması məsələsi müzakirə olunub: "Ötən gün bir qrup iri sahibkar iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Məsələyə operativ reaksiya verilib və nazir həmin sahibkarların nümayəndələri ilə görüşüb, onları dinləyib. Hazırda məsələ araşdırılır".

Xatırladaq ki, ötən gün bir qrup iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Sahibkarlar müraciətində bildirib ki, müflis olma təhlükəsi qarşısındadırlar. Bildirilib ki, hazırda tətbiq edilən effektiv vergi dərəcələri və digər ödəmələr qiymətlərin stabil saxlanmasına imkan vermir. Üstəlik devalvasiyası nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Sahibkarlar hesab edir ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət pərakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıdır.

Müraciəti "Rahat", "Bizim", “Fresko”, "Səbət", "Makromart", "Araz", "Neptun", "Bolmart", "Favorit" kimi iri marketlər şəbəkələrinin rəhbərləri imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR