Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib

Azad Rəhimov İsmayıllıda  vətəndaşları qəbul edib
# 19 fevral 2016 09:30 (UTC +04:00)

Bakı-APA. Bu gün gənclər və idman naziri Azad Rəhimov Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayonundan olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Rəhimov bu rayonların sakinlərini İsmayıllı rayon Heydər Əliyev Mərkəzində qəbul edib.

Qəbulda 30-a yaxın vətəndaş iştirak edib. Müraciətlər gənclər və idman mərkəzlərinin tikintisi və müvafiq avadanlıqlarla təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, iş ilə təminatla bağlı olub. Gənclər sahəsi üzrə edilən müraciətlər sırasına gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti ilə bağlı olub. İdman sahəsində isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması və s idman sahəsində edilən müraciətlər olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR