Berlində hökumətin apardığı miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib

Berlində hökumətin apardığı miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib
# 07 noyabr 2015 19:50 (UTC +04:00)

Bakı-APA. Berlində 5 min nəfərin iştirakı ilə Almaniya hökumətinin apardığı miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib.

APA-nın yerli DPA agentliyinə istinadən verdiyi məlumata görə, aksiyanı “Almaniya üçün alternativ” partiyası təşkil edib.

Aksiya iştirakçıları “Almaniyanı xilas edin!”, “Merkeli dayandırın!”, “Sığınacaq verilməsinin həddi var” və s şüarlar səsləndiriblər.

Polisin məlumatına əsasən, aksiya insidentsiz başa çatıb.

Rəsmi hesablamalara görə, 2015-ci ildə Almaniyada 800 min qaçqın qeydiyyatdan keçəcək. Yerli KİV-lər bu rəqəmin daha artıq olacağı qənaətindədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR