Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətləri təmin edilməyib

 Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətləri təmin edilməyib
# 19 may 2016 14:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun və Bayram Məmmədovun apellyasiya şikayətlərinə baxılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayətləri təmin etməyib.

Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğvi və onların azadlığa buraxılması istənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR