Vaşinqtonda Transxəzər nəqliyyat marşrutu ilə bağlı beynəlxalq forum keçirilib

Vaşinqtonda Transxəzər nəqliyyat marşrutu ilə bağlı beynəlxalq forum keçirilib
# 29 aprel 2016 09:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Vaşinqtonda yerləşən Con Hopkins Universitetində “Transxəzər, Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” mövzusunda beynəlxalq forum keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, tədbirin əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Çin və Avropa arasında yaranan əhəmiyyətli tranzit dəhlizlərini və bu dəhlizlərdən yararlanmaq imkanlarını müzakirə etmək olub.

Eyni zamanda forumun məqsədlərindən biri İpək Yolu marşrutu üzrə müasir layihələrin hazırlanması və investisiyaların həyata keçirilməsi ilə bağlı məsələlərinin müzakirəsidir. "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi" forumuna 200-dən çox qonaq, o cümlədən ABŞ hökuməti, ticarət palataları, yerli və beynəlxalq maliyyə və sərmayə təşkilatları, düşüncə mərkəzləri və 50-dən artıq ABŞ şirkəti qatılıb. Forumda Azərbaycanın digər dövlət qurumlarının nümayəndələri ilə yanaşı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, “ADY Express” MMC-nin Biznesin inkişafı və Marketing Departamentinin rəhbəri Natiq Cəfərov iştirak ediblər.

Tədbirin panel iclasında çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri V. Aslanov Azərbaycan dəmir yollarının tarixi, inkişafı, gerçəkləşdirilən beynəlxalq layihələr, ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutları haqqında məlumat verib. Marşrutların səmərəliliyi haqda söz açan V. Aslanov onların təhlükəsiz, yüklərin çatdırma vaxtının qısa, tariflərin isə rəqabətli olduğunu bildirib. Sonra V. Aslanov forum iştirakçılarının sualları cavablandırıb. Çıxış edən digər iştirakçılar Transxəzər marşrutunun ölkələr üçün olduqca önəmli layihə olduğunu və Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduqlarını bildiriblər.

Tədbirdə Azərbaycan dəmir yolları haqqında videoçarx da nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR