SOCAR Mübariz Mənsimovun şirkətinin alınmasına dair danışıqlar aparılması haqqında xəbərlərə münasibət bildirib - YENİLƏNİB

SOCAR  Mübariz Mənsimovun şirkətinin alınmasına dair danışıqlar aparılması haqqında xəbərlərə münasibət bildirib - <span style="color: red;">YENİLƏNİB
# 14 sentyabr 2015 16:10 (UTC +04:00)

SOCAR-ın mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, Türkiyənin bəzi media şəbəkələrində “Palmali Holding”in sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmarina”nın SOCAR tərəfindən alınması məqsədilə guya danışıqlar aparılması haqqında məlumatlar yayılıb.

"SOCAR-ın mətbuat xidməti bildirir ki, bu məlumat tam əsassızdır, hazırda şirkətimiz tərəfindən belə bir investisiya layihəsi nəzərdən keçirilmir, gündəliyimizdə belə bir məsələ yoxdur", - deyə məlumatda deyilir.

***

saat 16.14

Bakı. Vüsal Nəbiyev - APA-Economics. SOCAR azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali Holding"ə daxil olan "Palmarina"nı almaq üçün danışıqlar aparır.

"APA-Economics"in xəbərinə görə, bu barədə Türkiyənin "Finansgundem" nəşri yazır.

Nəşr iddia edir ki, danışıqlar müsbət məcrada davam edir.

Bildirilir ki, M. Mənsimov "Palmarina"nı 42 mln. dollara alıb. Lakin SOCAR-ın "Palmarina"nı hansı məbləğə əldə etmək istədiyi açıqlanmır.

Qeyd edək ki, "Palmarina" minlərlə yaxta qəbul etmək iqtidarında olan Türkiyədəki yeganə marinadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR