Azərbaycan dünya ölkələrinin logistik effektivlik reytinqinə düşə bilməyib

Azərbaycan dünya ölkələrinin logistik effektivlik reytinqinə düşə bilməyib
# 13 iyul 2016 13:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dünya Bankı (DB) dünya ölkələrinin logistik effektivlik reytinqini (LPI indeksi) tərtib edib.

"APA-Economics" xəbər verir ki, siyahıda 160 ölkənin adı və müvafiq olaraq topladıqları bala görə sahib olduğu pillə qeyd olunub.

Reytinqə əsasən, logistik sistemin inkişafına görə Almaniya birinci yerdədir. Almaniyanın ardınca Niderland Krallığı, Lüksemburq, İsveç və Sinqapur qərarlaşıb.

Maraqlıdır ki, Azərbaycan reytinqə düşə bilməyib. Qonşu ölkələrdən Qazaxıstan 77, Rusiya 99, Gürcüstan 130, Türkmənistan 140-cı pillədə qərarlaşıb.

Azərbaycanın tərəfdaşı olan ölkələrdən Ukrayna 80-ci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR