"Maşın bazarı"nda ticarətlə məşğul olanlar icarə haqqının azaldılmasını istəyirlər

"Maşın bazarı"nda ticarətlə məşğul olanlar icarə haqqının azaldılmasını istəyirlər
# 19 yanvar 2016 12:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakının Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri satılan bazarda dükan sahibi olan bir qrup sahibkar icarə haqqının azaldılmasını tələb edir.

APA-nın məlumatına görə, sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə bağlı müştəri qıtlığından əziyyət çəkdiklərini, gəlirlərinin azaldığını əsas gətirərək, icarə haqqının azaldılmasını tələb ediblər.

Onlar APA-ya bildiriblər ki, eyni tələblə aprel ayında çıxış edilib və icarə haqqı 15 faiz azaldılıb: "Lakin bu, bizə yenə sərf etmir. Ticarətin olmadığı vaxtda, yüksək məbləğdə olan icarə haqqını ödəmək imkanımız yoxdu. Tələbimiz ondan ibarətdir ki, icarə haqları 200-300 manat aşağı salınsın".

Sahibkarlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə dükanları bağlayacaqlarını bildiriblər.

Bazar rəhbərliyindən isə bildirilib ki, narazı sahibkarlarla görüşüb, onların etirazlarına baxacaqlar: "Qiymətlərin aşağı salınması gözlənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR