Əfqanıstan prezidentinin Azərbaycana səfəri başa çatıb

Əfqanıstan prezidentinin Azərbaycana səfəri başa çatıb
# 23 dekabr 2015 09:54 (UTC +04:00)

Bakı – APA. Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana rəsmi səfəri başa çatıb.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əfqanıstan prezidentini hava limanında Azərbaycan baş nazirinin I müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR