Azərbaycanda tədarük olunan qanın həcmi və donorların sayı artıb

Azərbaycanda tədarük olunan qanın həcmi və donorların sayı artıb
# 03 mart 2016 11:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda əvvəlki illərlə müqayisədə tədarük olunan qanın həcmi artıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin təşkilatçılığı ilə 2015-ci ildə ölkə üzrə keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük olunub. 2014-cü ildə isə bu göstərici 36 ton 193 litr təşkil edib. Qanvermə aksiyalarında iştirak edən könüllü donorların da sayı artıb. 2014-cü ildə qanvermə aksiyalarında 72 697 nəfər iştirak edibsə, keçən il bu göstərici 75 184 nəfər təşkil edib. Donor qanının əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanıb. Ümumilikdə, ötən il Azərbaycanda 318 qanvermə aksiyası keçirilib.


Tədarük olunan qandan və onun komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR