The Daily Caller: ABŞ, NATO və bütün Avropa dövlətləri Azərbaycanı dəstəkləməlidir

The Daily Caller: ABŞ, NATO və bütün Avropa dövlətləri Azərbaycanı dəstəkləməlidir
# 21 iyul 2016 10:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “NATO və ABŞ Azərbaycanın İran və Rusiya arasında strateji və vacib mövqeyə sahib olduğunu bilir. Azərbaycan prezidenti İlham Əliyevin Varşava sammitində iştirakı Azərbaycanın əhəmiyyətini sübut edir”.

APA-nın xəbərinə görə, bu barədə “The Daily Caller” nəşrində yer alan məqalədə deyilir.

Yazıda bildirilir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, bu problem hələ də qalmaqdadır: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrılaraq Ermənistana birləşdirilməsi Ermənistan işğalının mərkəzində durub. ABŞ bilir ki, 1994-cü il atəşkəsindən əvvəl 20 min azərbaycanlı bu münaqişədə öldürülüb və 1 milyon azərbaycanlı məcburi şəkildə evlərindən qovulub. Son hərbi əməliyyatlar tamamilə Azərbaycan ərazisində baş verib. "Azadlıq" radiosunun müşahidəçiləri bəyan edirlər ki, Ermənistan əsgərləri və Ermənistan tərəfindən dəstəklənən separatçı Dağlıq Qarabağ əsgərləri aprel ayında baş verən hərbi əməliyyatları təhrik edən tərəf olub”.

Məqalədə qeyd olunur ki, işğal faktı və Xocalıdakı etnik təmizləmə qurbanlarına görə azərbaycanlıların mövcud münaqişə və danışıqlarda mənəvi üstünlüyü var: “ABŞ, NATO və bütün Avropa dövlətləri Azərbaycanı bu yenilənmiş münaqişədə dəstəkləməlidirlər, çünki tarix bu dəstəyi diktə edir. NATO-nun gücü əhəmiyyətli şəkildə Azərbaycan vasitəsilə artırıla bilər. Azərbaycanın Qərb üçün əhəmiyyəti regionun ABŞ və NATO tərəfindən təsəvvür edilən gələcəyində mərkəzi rol oynaya bilər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR