Təhsil naziri: "Ən mühüm məsələlərdən biri müəllimlərin işə qəbulunun şəffaf keçirilməsidir"

Təhsil naziri: "Ən mühüm məsələlərdən biri müəllimlərin işə qəbulunun şəffaf keçirilməsidir"
# 19 aprel 2016 15:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Biz hər zaman qeyd edirik ki, təhsil sisteminin gücü müəllimlərin gücü ilə ölçülür. Məktəblərə müəllim seçiminə son illər diqqətlə yanaşırıq. Burada bizim üçün ən mühüm olan mövzulardan biri müəllimlərin işə qəbulunun şəffaf keçirilməsidir".

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan üçün öyrət" layihəsinin təqdimatında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu istiqamətdə bir sıra nailiyyətlərə imza atılıb. Nazir daimi olaraq bu proqramı təkmilləşdirməyi düşündüklərini vurğulayıb. M.Cabbarov qeyd edib ki, hazırda qarşıda duran əsas məqsədlərdən biri növbəti tədris illəri üçün həyata keçiriləcək seçimlərdə ölkədə ən yaxşı nailiyyət göstərən məktəblərə müstəqil müəllim seçmək ənənəsini bərpa etməkdir:

"Biz bu imkanları araşdırırıq. Uğur əldə etmiş, yüksək akademik nailiyyət göstərən müəllimlərlə ən zəif akademik nəticə göstərən müəllimlər arasında keyfiyyət, bacarıqlar üzrə fərqlər var. İlk kateqoriyaya aid olan məktəblərdən danışdığımız halda, biz yüksək akademik nailiyyətlər əldə etmiş şagirdlərin potensialının mümkün qədər açılmasını istəyiriksə, zəif nəticə göstərən məktəblərdə əsas məqsədimiz ümumi səviyyəni əhəmiyyətli dərəcədə qaldrımasıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR