Rusiyalı nazir müavini: "MDB məkanında Azəbaycanı çox etibarlı tərəfdaş kimi görürük"

Rusiyalı nazir müavini: "MDB məkanında Azəbaycanı çox etibarlı tərəfdaş kimi görürük"
# 09 oktyabr 2015 17:16 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Azərbaycan MDB məkanında Rusiyanın ən səmərəli ticarət tərəfdaşlarından biridir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya iqtisadi inkişaf nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədr müavini Aleksey Lixaçov bildirib. Onun sözlərinə görə, keçən il dünya ticarətində mövcud olan çətinliklərə və Rusiyada baş verən valyuta böhranına baxmayaraq iki ölkə ticarət dövriyyəsində növbəti rekordu əldə edib: "Bu rəqəm 4 milyard ABŞ dollarıdır. 2014-cü ilin göstəricilərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin inkişaf tempi 12 faiz artıb. Bu gün Azərbaycanda 600-ə yaxın Rusiya şirkəti fəaliyyət göstərir: "Bunlar ya tamamilə Rusiya şirkətləri, ya da birgə şirkətlərdir. Biz eləcə də, Azərbaycan biznesinin Rusiyada aktiv iştirakını görürük. 2014-cü ildə və bu ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının daşınmasının artımına nail olmuşuq. Rusiya bizə dost olmayan ölkələrdən bir sıra kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət qoyulması ilə bağlı cavab tədbirləri görüb. Belə olan halda, bazarda yerlər boşalıb və həmin yerlərin Azərbaycan şirkətlərinin tutduğunu müşahidə edirik. Hər şeydən əvvəl, kənd təsərrüfatı məhsullarına tələbat çox böyükdür, baxmayaraq ki, böyük ehtiyatımız var. Bu gün iki ölkənin kənd təsərrüfat nazirlikləri kənd təsərrüfatı məsullarının qarşılıqlı bazarlara çıxarılması məsələsini müzakirə etdilər. Burada Rusiya şirkətlərinin potensialı böyükdür. Sənaye sahəsində əməkdaşlıqda da hələlik sona qədər rezervlər seçilməyib. Biz bu gün, sabah üçün nəzərdə tutulmuş layihələr haqqında danışa bilərik ki, bunlar da helikopter istehsalı, gəmiqayırma və yüksək texnologiya sahələridir".

Nazir müavini iki ölkə arasında normativ bazanın da aktiv inkişaf etdiyini söyləyib: "Azərbaycan iqtisadi inkişaf və sənaye nazirlikləri ilə birgə fəaliyyətimiz nəticəsi kapital qoyuluşunun qorunması haqqında müqavilə olub. Bu vacib müqavilədir. Onun qüvvəyə minməsi Azərbaycan şirkətlərinə Rusiya, Rusiya şirkətlərinə isə Azərbaycan bazarında aktiv işləməyə imkan yaradacaq. Qısa müddətdə 2020-ci ilə qədə ticarət-iqtisadi əməkdaşlıq haqqında böyük proqram hazırlanır. Həmin proqramda ikitərəfli münasibətlərin əsas istiqamətləri və əsas layihələr müəyyən ediləcək. Çoxtərəfli əlaqələrimiz çərçivəsində, birinci növbədə MDB məkanında biz Azərbaycanı çox etibarlı tərəfdaş kimi görürük".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR