Tailandda yataqxanada yanğın olub, 17 məktəbli qız ölüb

Tailandda yataqxanada yanğın olub, 17 məktəbli qız ölüb
# 23 may 2016 03:31 (UTC +04:00)

Bakı-APA. Tailandın şimal bölgəsində yerləşən yataqxanada baş verən yanğın nəticəsində azı 17 məktəbli qız ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 23:00-da qeydə alınıb.

“17 qız uşağı dünyasını dəyişib, 5-i xəsarət alıb, 2-si itkin düşmüş hesab edilir”, yerli polis nümayəndəsi deyib.

Qeyd olunur ki, Çianqray şəhərində yerləşən yataqxanada 3 yaşından 13-yaşadək qız uşaqları qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR