Hacıqabulda avtomobil aşıb, eyni ailənin beş üzvü xəsarət alıb

Hacıqabulda avtomobil aşıb, eyni ailənin beş üzvü xəsarət alıb
# 14 sentyabr 2015 08:10 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qarasu kəndi ərazisində Laçın rayon sakini Şəmsi Məcnunovun idarə etdiyi 90 UL 242 dövlət nömrə nişanlı "Naz Lifan" markalı avtomobil aşıb. Nəticədə Şəmsi Məcnunov və avtomobildə olan ailə üzvləri - Xələf Səmədov, Züleyxa Məcnunova, Gülxar Məcnunova, Zemfira Məcnunova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR