Azərbaycan Dövlət İnformasiya Agentliyinin direktoru TASS-ın fotoinformasiya xidmətinin rəhbəri ilə görüşüb

Azərbaycan Dövlət İnformasiya Agentliyinin direktoru TASS-ın fotoinformasiya xidmətinin rəhbəri ilə görüşüb
# 20 noyabr 2015 18:29 (UTC +04:00)

APA-nın məlumatına görə, K. Leyfer Bakıya iki informasiya agentliyi arasında təcrübə mübadiləsi çərçivəsində səfər edib.

A. Aslanov bildirib ki, AZƏRTAC ilə TASS arasında münasibətlər yüksək səviyyədədir və onlar beynəlxalq informasiya təşkilatları çərçivəsində bir-birinə hərtərəfli dəstək verir. O qeyd edib ki, agentliklər fotoinformasiya mübadiləsi sahəsində də uğurla əməkdaşlıq edir. Bu il iyun ayında Bakıda keçirilmiş Birinci Avropa oyunlarından çəkilmiş fotomaterialların qarşılıqlı mübadiləsi buna yaxşı nümunədir.

“Təsadüfü deyil ki, Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində keçirilmiş “Mükəmməlliyə görə mükafat” müsabiqəsinin 5 ən yaxşı layihəsi sırasına Yonhap, Sinxua və Anadolu agentlikləri ilə yanaşı, AZƏRTAC-ın və TASS-ın layihələri də daxil olub. Həmin müsabiqənin nəticələri OANA-nın İcraiyyə Komitəsinin noyabrın 16-da Seulda keçirilmiş iclasında elan edilib”, – deyə baş direktor vurğulayıb.

Rusiyanın və Azərbaycanın aparıcı informasiya agentlikləri olan TASS və AZƏRTAC arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən K. Leyfer isə fotoinformasiya mübadiləsinin, bu sahədə qazanılmış təcrübənin bölüşdürülməsinin vacibliyini də diqqətə çatdırıb.

TASS ilə AZƏRTAC arasında təcrübə mübadiləsi haqda saziş çərçivəsində K. Leyfer Azərbaycan Dövlət İnformasiya Agentliyində fotoinformasiyaya dair ustad dərsi keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR