Gürcüstanın baş naziri: “Rusiya Gürcüstan ərazisi üzərində nəzarəti genişləndirir"

Gürcüstanın baş naziri: “Rusiya Gürcüstan ərazisi üzərində nəzarəti genişləndirir"
# 01 oktyabr 2015 22:27 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxışı zamanı deyib.

“Təəssüf ki, mənim BMT-dəki son çıxışımdan sonra Rusiya Suxumi və Tsxinvali ilə inteqrasiya haqqında müqavilələr imzalayıb”, deyə İrakli Qaribaşvili qeyd edib. Onun sözlərinə görə, beləliklə, Rusiya Gürcüstanın suveren ərazisi üzərində nəzarəti qanunsuz genişləndirməkdə davam edir.

“Mən Rusiya tərəfindən həyata keçirilən bu anneksiyanı və beynəlxalq hüququn pozulmasını pisləyirəm”, deyə Gürcüstanın baş naziri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR