Mikayıl Cabbarov Rusiya Təhsil Akademiyasının prezidenti ilə görüşüb

Mikayıl Cabbarov Rusiya Təhsil Akademiyasının prezidenti ilə görüşüb
# 15 aprel 2016 13:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Rusiyada səfərdə olan təhsil naziri Mikayıl Cabbarov Rusiya Təhsil Akademiyasının prezidenti Lyudmila Verbitskaya ilə görüşüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər təhsil sahəsində aparılan islahatlar haqqında məlumat mübadiləsi aparıb, Akademiya ilə Təhsil Nazirliyinin tabeliyində olan müvafiq institutlar arasında əməkdaşlığı gücləndirməyə razılaşıblar.

Nazir Moskva Təhsil Departamentinin və “Rossotrudniçestvo” Agentliyinin rəhbərliyi ilə işçi görüşlər keçirərək əməkdaşlığın indiki vəziyyətini və onun genişləndirilməsi üçün potensial imkanları müzakirə edib.

Səfərin sonunda təhsil naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının təhsil və elm naziri D. Livanovla yekun görüş keçirib, səfərin nəticələri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR