Milli Məclisdə Azərbaycan diplomatlarının fəaliyyətinin mütəmadi yoxlanılması təklif olunub

Milli Məclisdə Azərbaycan diplomatlarının fəaliyyətinin mütəmadi yoxlanılması təklif olunub
# 29 dekabr 2015 10:10 (UTC +04:00)

APA-nın məlumatına görə, təklifi irəli sürən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov son vaxtlar Azərbaycanın bəzi səfirliklərində çalışan diplomatlarla bağlı qalmaqalları xatırladaraq qeyd edib ki, xaricdəki səfirliklərin fəaliyyəti mütəmadi yoxlanılmalıdır.

“Nəinki səfirliklərin, hər bir diplomatın fəaliyyəti mütəmadi monitorinq olunmalıdır. Orada Azərbaycanın maraqlarının necə təmin olunması, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi, vəzifələrin icrası və digər məsələlər monitorinq olunmalıdır. Bunun əsasında qərar qəbul olunmalıdır ki, həmin ölkədə səfirliyin fəaliyyətinə, səfirin və yaxud diplomatın dəyişdirilməsinə ehtiyac var, ya yox. Yüksək nəticə göstərənlərin də fəaliyyəti qiymətləndirilməlidir. Bir sözlə bu məsələyə diqqət yetirilməlidir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR