Londonda Azərbaycan və Xorvatiya prezidentləri arasında görüş keçirilib

Londonda Azərbaycan və Xorvatiya prezidentləri arasında görüş keçirilib
# 04 fevral 2016 14:05 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev Londonda “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Xorvatiya prezidenti, xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində, enerji, nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsində qarşılıqlı maraq ifadə olunub.

Prezident İlham Əliyev böyük İpək Yolu və “Cənub” qaz dəhlizi layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb.

Söhbət zamanı birgə layihələrin reallaşdırılması ilə bağlı qarşılıqlı razılığın əldə edilməsinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR