Bakıda zəncirvari yol qəzası baş verib

Bakıda zəncirvari yol qəzası baş verib
# 12 aprel 2016 20:28 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakıda zəncirvari yol qəzası olub. APA-nın məlumatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində, Şəfa stadionunun qarşısında qeydə alınıb. Qəza zamanı Kazımov Rəşad Rauf oğlunun idarə etdiyi "Toyota" markalı maşın, Əliyev Vüsal Mehman oğlunun idarə etdiyi "Ford Transit" markalı yük maşınına və onun qardaşı Əliyev Xəqani Mehman oğlunun idarə etdiyi "VAZ 2107"ə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da hər üç maşına ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya "Toyota" markalı avtomobilin sürücüsünün manevr qaydalarını pozması səbəb olub. Qəzadan sonra yolda tıxac yarandığından hadisə yerinə əlavə polis qüvvəsi cəlb olunub. Yararsız hala düşən maşınlar hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb.

Qəzanın əsl səbəbi aparılacaq avtotexniki ekspertizadan sonra müəyyən olunacaq. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR