Azərbaycan neft hasilatını 2,1% azaldıb, qaz hasilatını 4% artırıb

Azərbaycan neft hasilatını 2,1% azaldıb, qaz hasilatını 4% artırıb
# 16 oktyabr 2015 08:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 12,3 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-sentyabr aylarının səviyyəsini 1,4% üstələyib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 31,4 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 14,4 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 2,1% azalıb, qaz hasilatı isə 4,0% artıb.

Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 31 422,3 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin doqquz ayna nisbətən 2,3% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 326,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bunun 31 378,9 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 2,1% azdır.

Bu ilin doqquz ayı ərzində ölkədə 21 675,6 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2014-cü ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 4,4% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 615,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bunun da 14 424,9 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,0% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR