Ötən il Azərbaycanda onkoloji və hemodializ müalicəsi alan xəstələrin sayı artıb

Ötən il Azərbaycanda onkoloji və hemodializ müalicəsi alan xəstələrin sayı artıb
# 04 mart 2016 09:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2015-ci ildə bədxassəli şişlərlə mübarizə işində də nəzərə çarpacaq irəliləyiş əldə olunub, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılıb. Onkoloji xəstələrin sayı hər 100 min nəfərə 2014-cü ilə (101,0) nisbətən 2015-ci ildə (106,8) bir qədər artıb. APA-nın xəbərinə görə, bu haqda Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, bütün dünya olduğu kimi, Azərbaycanda da xroniki böyrək çatışmazlığına düçar olan və hemodializ müalicəsi alan xəstələrin sayı ilbəil artır.

Həmçinin hesabatda o da bildirilib ki, ötən il şəkərli diabet xəstələrinin dövlət hesabına lazımi dərmanlarla və özünənəzarət vasitələri ilə təmin edilməsi və digər tədbirlərin həyata keçirilməsi nəticəsində bu xəstəlik səbəbindən ölüm göstəricisində artım olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR