GÜNÜN ŞƏRHİ
Fransız polisi yenə terrorçuların əlində aciz qaldı. Gün ərzində keçirilən əməliyyatın nəticəsi artıq məlumdur. Nəticə - nəticəsizlikdir. Sen Deni rayonunda keçirilən əməliyyat Fransa təhlükəsizliyin əslində təhlükə həddində olduğunu göstərdi. Və məlum oldu ki, müasir polis fransız filmlərində Lüi de Fünesin yaratdığı polis komissarı obrazından hələ də çıxa bilməyib. Yaxud polisin cinayətkarlar qarşısında aciz qaldığı “Taksi” serialında göstərilənlər doğrudan da həqiqət imiş. Gerçəklik budur - Paris terroru təkcə Fransada deyil, ümumən Avropada təhlükəsizlik problemlərinin axsamaqda olduğunu ortaya çıxardı. 21-ci əsrin ən müasir texnologiyaları ilə təchiz olunmuş təhlükəsizlik qüvvələri Avropanın göbəyində beş-on terrorçunun əlində aciz qalırsa, görün Yaxın Şərqdə vəziyyət necədir? Fransız polisin keçmiş olsun, fransız xalqına isə səbir diləyirik!
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Noyabr - VİDEO
18 noyabr 2015 17:12 (UTC +04:00)
Hadisə
Lənkəranda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
01:05
23 may 2024
Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb
23:39
22 may 2024
Həbsdə olan polkovnik 5 bağ evinin üzərindən həbsin götürülməsini istəyir
19:27
22 may 2024
Biləsuvarda şagird sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib
18:33
22 may 2024