Bakıda it üstündə qətl törədən Gürcüstan vətəndaşına hökm oxunub

Bakıda it üstündə qətl törədən Gürcüstan vətəndaşına hökm oxunub
# 30 dekabr 2015 09:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə E. Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yanvarın 6-da "Sahil" bağında Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR