® “ETA MELCO” Azərbaycanda fəaliyyətinin 18-ci ilini qeyd edib

<font color=red>® </font>“ETA MELCO” Azərbaycanda fəaliyyətinin 18-ci ilini qeyd edib
# 08 mart 2016 06:00 (UTC +04:00)

“Mitsubishi Electric Corporation Japan”la müştərək müəssisə kimi fəaliyyət göstərən “ETA MELCO” Azərbaycanda fəaliyyətinin 18-ci ilini qeyd edib.

Lift və eskalator sahəsində göstərdiyi keyfiyyətli xidməti müştərilərinə qısa şəkildə təqdim etmək üçün şirkət təşəkkür seminarı və şam yeməyi təşkil edib. “Fairmont” Otelində keçirilən seminarda “Mitsubishi” liftləri və tikinti sahəsində liftlərin tətbiqi ilə bağlı müasir informasiyalar müştəri və sektoru təmsil edən qonaqlara çatdırılıb.

“ETA MELCO Elevator Azerbaijan Co.” MMC-nin Fəaliyyəti “Mitsubishi” liftlərinin və eskalatorlarının konsultasiyası, layihələndirilməsi, satışı, quraşdırılması və xidmətini əhatə edir. Şirkət Azərbaycandakı fəaliyyətinə 1998-ci ildə “Hyatt Regency” layihəsi ilə başlayıb. 24 ölkədə fəaliyyət göstərən “ETA MELCO”, mühəndislik və xidmət sahələri vasitəsilə texniki təhlükəsizliyin, etibarlılığın və keyfiyyətin ən yüksək pillələrinə qalxıb “ETA MELCO Elevator Azerbaijan Co.” distributor deyil, birbaşa olaraq “Mitsubishi” Liftləri və Eskalatorlarının filialıdır. Şirkətin avadanlıqları mütəmadi şəkildə Yaponiyadan gəlmiş mütəxəssislər tərəfindən yoxlanılır. Hazırda Azərbaycanda 500 ədədə yaxın liftə 7/24 olaraq xidmət göstərir. “Tam Xidmət Müqaviləsi” liftlərin xarab olmasını gözləmədən minimum ayda bir dəfə olmaqla yoxlanmasını və ən əsası texniki səbəblərdən xarab olan bütün detalların bizim tərəfimizdən tam olaraq dəyişdirilməsini əhatə etməkdədir. Yəni sıradan çıxmış detallar qarşılığında müştəridən heç bir əlavə ödəniş alınmır.

Azərbaycan lift bazarında ən keyfiyyətli lift şirkəti olaraq Bakı Alov Qüllələri, “Trump Tower”, “Jumeriah Bilgeh Otel”, “Landamark”, Müasir İncəsənət Muzeyi, “Holiday Inn Otel”, “Qlobus Plaza”, “Altes Plaza” v.b. kimi layihərdə liftlərin və eskalatorların quraşdırılması “ETA MELCO Elevator Azerbaijan Co.” MMC tərəfindən həyata keçirilib.

Liftlərinizin daim işləməsini, lift düyməsinə basdıqda bu gün pilləkənlə yoxsa liftlə çıxacağınızı fikirləşmək istəmirsinizsə “Mitsubishi” liftlərini seçin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR