Qazaxda yol-nəqliyyat hadisəsi baş verib

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib
# 17 sentyabr 2016 07:26 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR