Rusiya aviaşirkəti Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayır

Rusiya aviaşirkəti Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayır
# 22 sentyabr 2016 12:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rusiyanın büdcə aviadaşıyıcısı "Pobeda" oktyabrın 31-dən Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

Bu barədə "APA-Economics"ə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Uçuşları həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu, Azərbaycana uçuşlar yerinə yetirən artıq beşinci lou-kosterdir. Hazırda ölkəyə "flydubai", "WizzAir", "Pegasus" və "airBaltic" büdcə aviaşirkətləri uçuşlar həyata keçirir.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası həmçinin ölkə regionlarına uçuşlara başlanılması üçün bir sıra aviaşirkətlər ilə danışıqları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR