Rusiya futbol yığmasına yeni baş məşqçi təyin olunub

Rusiya futbol yığmasına yeni baş məşqçi təyin olunub
# 11 avqust 2016 12:46 (UTC +04:00)

Bakı – APA. Rusiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Rusiya Futbol İttifaqı (RFİ) baş məşqçi postunu Stanislav Çerçesova tapşırıb.

Fransada keçirilən Avropa çempionatındakı uğursuzluqdan sonra Leonid Slutski ilə yollarını ayıran RFİ Çerçesovun keçidini bu gün rəsmən bəyan edəcək. Milli komandada ona həmişəki köməkçiləri Miroslav Romaşenko, Gintaras Stauçe və Vladimir Panikov yardım edəcəklər.

Anlaşmaya əsasən, Çerçesov DÇ-2018-in sonuna qədər, yəni qarşıdakı 2 il ərzində Rusiya millisinin “sükanı arxası”nda olacaq. Məşqçilər korpusunun illik məvacibi ümumilikdə 2,6 milyon avro təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə dünya çempionatı məhz Rusiyada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR