Şəkidə 20 yaşlı oğlanı ilan sancıb

Şəkidə 20 yaşlı oğlanı ilan sancıb
# 23 may 2016 16:32 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda ilan sancma hadisəsi baş verib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Böyük Dəhnə kənd sakini, 1996-cı il təvəllüdlü Faiq Şaiq oğlu Pirməmmədov bu gün ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub. 20 yaşlı F. Pirməmmədov Yevlax-Balakən dəmir yolu xəttinin Şəki rayonu ərazisindən keçən hissəsində, dəmir yol xəttinin kənarında ot çalarkən ilan qəfildən onun sağ ayağından sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən F. Pirməmmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR