Həcc ziyarətində olan zəvvarlar Ərəfat çölündə ibadətə başlayıblar - FOTOSESSİYA

Həcc ziyarətində olan zəvvarlar Ərəfat çölündə ibadətə başlayıblar - <span style="color: red;">FOTOSESSİYA
# 23 sentyabr 2015 05:56 (UTC +04:00)

APA TV-nin ziyarətdə olan müxbirinin verdyi məlumatına görə, zəvvarlar gecə saatlarında Ərəfata yola düşüblər. Bu gün günortadan axşam azanına qədər Ərəfatda dayanacaq zəvvarlar daha sonra Müzdəlifə çölünə yollanacaqlar. Gecəni burada qalaraq şeytana atmaq üçün daş toplayacaqlar.

Ərəfat dağı Məkkənin 21 kilometr cənub-şərqində olan Harəm sərhədləri xaricində qalan ovalıq görünümlü bir yerdir. 454 metr hündürlüyündəki dağ AdəmHəvvanın cənnətdən qovulduqdan sonra görüşdükləri yer olaraq bilinir.

Həcc ziyarətinin qaydasına görə, zilhiccə ayının 9-da zəvvarlar dağın ətrafındakı Ərəfat çölündə gün doğandan, şam azanına qədər qalmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR