Azərbaycan XİN başçısı: “Maltada böyük maraqlarımız var”

Azərbaycan XİN başçısı: “Maltada böyük maraqlarımız var”
# 29 aprel 2016 11:24 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüşdə Maltanın gələn il Avropa İttifaqına sədrliyi geniş müzakirə edilib: “Beynəlxalq və regional vəziyyətlə bağlı danışmışıq, Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki son toqquşmalar barədə məlumat verdim. Avropada miqrant məsələsinə toxunduq”.

Azərbaycanla Malta arasında bu gün 3 sənədin imzalandığını deyən E. Məmmədyarov bildirib ki, bunlar ikiqat verginin aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması barədə hökumətlərarası müqavilə, gənclər və idman sahəsində əməkdaşlığa dair saziş və ikitərəfli məsləhətləşmələr haqqında anlaşma memorandumudur. SOCAR-ın Malta ilə geniş əməkdaşlıq etdiyini deyən nazir Azərbaycanın bu ölkədə böyük maraqlarının olduğunu bildirib. Onun sözlərinə görə, görüşdə gələcəkdə Malta ilə Cənubi Qaz Dəhlizi ilə bağlı əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR