Bakıda 20 yaşlı ana və 3 yaşlı qızı itkin düşüb

Bakıda 20 yaşlı ana və 3 yaşlı qızı itkin düşüb
# 27 may 2016 07:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ana və qızı itkin düşüb.

APA-nın məlumatına görə, Maştağa qəsəbə sakinləri – 1996-cı il təvəllüdlü Fəridə Səhlədar qızı Əhmədova və qızı, 2013-cü il təvəllüdlü Qətibə bu il aprel ayının 17-də yaşadıqları evdən gedərək bir daha geri qayıtmayıblar. Bu barədə polisə məlumat mayın 25-də daxil olub.

İtkin düşən ana və qızın axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR