Nazir müavini: “Təhsil müəssisələri dövlət tərəfindən tənzimlənən təhsil haqqını yüksək etməməlidir”

Nazir müavini: “Təhsil müəssisələri dövlət tərəfindən tənzimlənən təhsil haqqını yüksək etməməlidir”
# 09 oktyabr 2015 10:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

O bildirib ki, ödənişli əsaslarla təhsil aparan müəssisələr dövlət tərəfindən tənzimlənən təhsil haqqını yüksək etməməlidir: “Təbii ki, Təhsil Nazirliyi olaraq biz bunu tələb yox, ancaq tövsiyə edə bilərik”.

Nazir müavini qeyd edib ki, heç bir yerdə ödənişsiz təhsil yoxdur: “Təhsilin hamısı ödənişlidir. Sadəcə, dövlət sifarişi ilə yüksək nəticələr əldə edən tələbələrin ödənişi dövlət tərəfindən tənzimlənir. Dövlət tərəfindən ödənilən təhsil haqlarının qiymətləri tənzimlənir, qiymətlər hökumətin müvafiq qərarına əsasən ixtisas və ali təhsil müəssisələrindən asılı olaraq formalaşdırılır. Bunu da tələbə və onun ailəsi hiss etmir ki, bunu dövlət ödəyir. Tələbələrin öz vəsaitləri hesabına ödədikləri təhsil haqlarına gəlincə, bugünkü mövcud praktika ondan ibarətdir ki, həmin təhsil haqları ali təhsil müəssisələri tərəfindən müəyyən edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR