Hindistanda 30 nəfər ildırım vurması nəticəsində ölüb

Hindistanda 30 nəfər ildırım vurması nəticəsində ölüb
# 30 iyul 2016 18:47 (UTC +04:00)

Bakı-APA. Hindistanın Orissa ştatında 30 ildırım vurması nəticəsində ölüb, 36 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisələr ştatın üç rayonunda qeydə alınıb.

Xatırladaq ki, iyunun sonunda Hindistanın bir neçə şimal ştatında bir gecədə 100-dək insan ildırım vurması nəticəsində ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR