Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını 3% azaldıb

Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını 3% azaldıb
# 29 sentyabr 2015 10:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-avqust ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin 8 ayında sayğac göstəriciləri əsasında ümumilikdə 22 166 644,22 ton xam neft ixrac edib. Bu, 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2,73% azdır.

Belə ki, bu ilin səkkiz ayı ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 18 092 965,20 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 3% azdır.

Yanvar-avqust aylarında Supsa boru kəməri ilə bir illə müqayisədə 0,5% az və ya 2 809 029,00 ton, Şimal boru kəməri ilə isə 24,81% çox və ya 847 107 ton xam neft ixrac edilib.

Avqustda dəmir yolu nəqliyyatı ilə xaricə xam neft göndərilməyib. Ümumiyyətlə, bu ilin sentyabrın 1-nə dəmir yolu nəqliyyatı ilə 417 543,02 ton xam neft göndərilib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 34,22% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR