Sabirabadda və Bakıda yanğın olub

Sabirabadda və Bakıda yanğın olub
# 25 oktyabr 2015 02:20 (UTC +04:00)

Bakı-APA. Sabirabadda və Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonunda yanğın Xələfli kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının qamışdan ibarət tavanı 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin damına yığılmış köhnə ev əşyaları 2 kv.m sahədə yanıb. Ev yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR